KORONAVİRUSA YOLUXANLARIN SAYI YENİDƏN 400-ü KEÇDİ - 9 nəfər VƏFAT etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib,6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296, ötən müddət ərzində isə ümumilikdə 683 548 test aparılıb.