Kəramət Böyükçöl AZADLIĞA buraxıldı...

Kəramət Böyükçöl azadlığa buraxıldı

Dünən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

 "AzerTaym.az" bildirir ki, bu barədə dostları sosial şəbəkədə məlumat paylaşıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Kəramət Böyükçölün kirayədə qaldığı evin sahibinin, qonşuların şikayətləri əsasında, eyni zamanda onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədilə saxlanıldığını açıqlayıb. Qeyd olunur ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb.






Fikirlər