Bu gün Azərbaycanda koronavirusdan daha 148 yeni YOLUXMA 1 nəfər ÖLDÜ...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, ötən müddət ərzində isə ümumilikdə 892 070 test aparılıb. "AzerTaym.az"