DTX-nın başçısı yeni dəyişdirilən rayonda KEÇİRDİYİ ƏMƏLİYYATDA SAXLADIĞI MƏMURLAR...
Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları Biləsuvar rayonunda əməliyyat keçirib. “AzerTaym.az" bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Əliyev Fərasim saxlanılıb. Onunla bərabər bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir. Xatırladaq ki, DTX bu ilin aprelin 29-da Biləsuvarda əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi həbs edib. Avqustun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Qürbətov Biləsuvarın yeni icra başçısı təyin olunub.