YAP-da İSLAHAT aparılacaq? - Partiya funsionerindən AÇIQLAMA
“Bizim şüarımız yeni, müstəqil Azərbaycandır. Hər zaman Azərbaycanı yeniliklərə açıq görmək istəyirik”. "AzerTaym.az" bildirir ki,bu sözləri modern.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) gələcək məqsədləri və planları haqqında danışarkən partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat AydınMirzəzadə deyib. O qeyd edib ki, dövründən asılı olmayaraq hər bir problemin həllində partiyanın fəal iştirakı təmin ediləcək: “Müstəqilliyimizin daimi və əbədi olması ən önəmli gələcək planımızdır. Bu, Azərbaycan reallığının yenilənməsidir. İnsan hüquqlarının aliliyi, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər çox önəmlidir və artıq partiyamızın proqramında öz əksini tapıb. Bu, bizim gündəlik fəaliyyətlərimizdə, bəyanatlarımızda açıq şəkildə görünür. Partiyamızın sədri, ölkəmizin prezidenti cənab İlham Əliyevin tez-tez iş yerlərinin, sosial obyektlərin açılışında iştirak etməsi bunu təsdiq edir. Cənab prezidentin çıxışlarında, Azərbaycanın gələcəyi ilə bağlı konturlar daim cızılır”. Ölkədə həyata keçirilən kadr islahatlarının YAP-ın daxilinə də sirayət edəcəyi haqqında iddialara gəlincə, Aydın Mirzəzadə məsələyə bu cür münasibət ifadə edib: “Partiya daxilindəki indiki struktur bizim tələblərimizə cavab verir. Digər məsələlərə gələcəkdə baxıla bilər”.