Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma, 1 nəfər ÖLDÜ...

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39280 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.

Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1057803 test aparılıb.

"AzerTaym.az"






Fikirlər