Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu, bir nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 064, ötən müddət ərzində isə ümumilikdə 1 176 720 test aparılıb.