Gəncədə müvəqqəti operativ QƏRƏRGAH YARADILDI...
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisə ilə bağlı Gəncə şəhərində müvəqqəti operativ qərargah yaradılıb. "AzerTaym.az" bildirir ki, bu barədə hadisə yerində olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, qərargahın yaradılmasında məqsəd Gəncədə baş verən terror nəticəsində evsiz qalan ailələrin müvəqqəti sığınacaqla təmin edilməsidir.