Ermənistan müharibədə uşaqlardan istifadə edir - VİDEO

Ermənistan müharibədə uşaqlardan istifadə edir

Ermənistanın siyasi-hərbi rəhbərliyi Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara yeniyetmələri də cəlb edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. İşğalçı ölkənin Beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntüdə Valeri adlı yeniyetmə yer alıb.

Bununla da düşmənin BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də məsələ ilə bağlı rəsmi tvitter hesabında paylaşım edib. Dövlət rəsmii bildirib ki, 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur.

Qeyd edək ki, Ermənistan mediasında orduda şəxsi heyətin çatışmazlığı və əməliyyatlara yaşlı şəxslərin cəlb olunması ilə bağlı materiallar da dərc olunur. 

 


 






Fikirlər