Oqtay Gülalıyev koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi - VİDEO

Oqtay Gülalıyev koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı oğlu Təbriz Gülalıyev sosial şəbəkədə yazıb. O bildirib ki, O.Gülalıyevin COVİD testi pozitiv çıxıb. T.Gülalıyev əvvəlcə atasının ev şəraitində müalicə alacağını bildirsə də, daha sonra onun səhhətində kəskin geriləmə yarandığı üçün xəstəxanaya köçürüldüyünü qeyd edib.

Xatırladaq ki, 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi ailəsinin xahişinə əsasən noyabrın 8-də Bakıya gətirilmşdi.

 






Fikirlər