Azərbaycanda YOLUXMA yenidən AZALDI, sağalanlar ARTDI
Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"AzerTaym.az" bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.