Piyadaların yolunu kəsən borunun yeri dəyişdirildi - FOTOLAR

Piyadaların yolunu kəsən borunun yeri dəyişdirildi

 

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

“Azəriqaz” İB açıqlamasında qeyd etmişdi ki, qaz xətti ərazidə çoxdan yerləşir:

“Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpağın altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb”.

 



 






Fikirlər