YOLUXMA VƏ ÖLÜM SAYLARINDA ARTIM DAVAM EDİR - Günün STATİSTİKASI...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir. Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.