Məktəblər niyə bağlandı? - Nazirdən AÇIQLAMA

Məktəblər niyə bağlandı? - Nazirdən AÇIQLAMA

Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür.

 "AzerTaym.az" bildirir ki,bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur:

"Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan etdiyimiz sorğu çərçivəsində 50.000 - dən çox rəy qəbul edilib. Rəylərin əksəriyyətinə görə məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur. Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm.

Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır". 

Məktəb daxilində kütləvi yoluxma faktı qeydə alınmayıb-Emin Əmrullayev - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI






Fikirlər