Azərbaycanda koronavirusa yoluxanların sayı yenə ARTDI, 31 nəfər ÖLDÜ - Foto
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 268 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Ölkədə son sutka ərzində 15 585, hazırkı dövrədək isə 2 916 745 test aparılıb. Xatırladaq ki, dünən ölkədə 2 361 nəfər koronavirusa yoluxmuş, 24 nəfər isə ölmüşdü. "AzerTaym.az"