Rektor koronavirusa yoluxdu - Ali məktəbdə dərslər dayandırıldı ...
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub. Bu barədə “Report”a Xalq artisti özü məlumat verib. O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”. Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə “Report”a bildirib ki, COVID-19 səbəbindən təhsil müəssisəsində əyani dərslər dayandırılıb. Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.