“YENİDƏN SƏRT KARANTİN TƏTBİQ EDİLƏ BİLƏR” - Həkimdən XƏBƏRDARLIQ + VİDEO

 

Koronavirusa yoluxma artarsa, yenidən sərt karantin qaydalarını tətbiq etmək olar”.

 Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib.

“Karantin tədbirləri epidemioloji vəziyyətdən irəli gələn tədbirlər olmalıdır. Əgər yoluxma artırsa, kritik vəziyyət yaranırsa, yenə də koronavirus əleyhinə nəzərdə tutulmuş karantin qaydalarını tətbiq etmək olar. Lakin ən azı yüngülləşmə şəraitindən istifadə edib müəyyən işləri həyata keçirtmək, o cümlədən də toy mərasimlərini reallaşdırmaq yaxşı olardı”, - deyə o bildirib. 

 

 






Fikirlər