GENERALIN QARDAŞI ÖZÜNÜ ÜRƏYİNDƏN GÜLLƏLƏYİB - Xidməti otağında İNTİHAR edib+FOTO/ VİDEO(Yenilənib)
İyulun 9-da saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. Bu arada unikal.org-un məlumatına görə, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş. İddia edilib ki, ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. Ancaq bu iddia rəsmi orqanlar və mərhumun yaxınları tərəfindən hələlik təsdiqlənməyib. *** Bakının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi xidməti otağında özünü tapança ilə vuraraq öldürüb Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr. Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir. "AzPolitika.info"