Azərbaycandan gedən yanğınsöndürənlər: "Sonuna qədər Türkiyənin yanındayıq" - VİDEO

 

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Türkiyəyə yola düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup qardaş ölkəyə çatıb.

Musavat.com xəbər verir ki, Azərbaycandan gedən FHN-in 100 nəfər əməkdaşı artıq yanğınla mübarizəyə cəlb olunub.

Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

Sözügedən ərazidə Türkiyənin xəbər agentliyi olan DHA müxbiri (Demirören Haber Ajansı) azərbaycanlı yanğınsöndürənlərlə söhbət edib. FHN əməkdaşları əllərindən gələni edəcəklərini və sonuna qədər Türkiyənin yanında olacaqlarını vurğulayıb.

 Həmin görüntüləri təqdim edirik:

 

 

 






Fikirlər