Əsgərimizin erməni hərbçi ilə komik dialoqu: “Eta, çayın o üzü sizin, bu üzü bizim...” - VİDEO
44 savaş nəticəsində Ermənistanla sərhədlərini bərpa edən Azərbaycan Ordusu hazırda sərhəddə müəyyən olunmuş xətt üzrə mövqelərini möhkəmləndirir. 30 illik işğal dövründə bu ərazilərdə sərhəd anlayışını unudan ermənilər yeni reallıqlar qarşısında çaşqın vəziyyətdədirlər və nəyin baş verdiyini hələ tam olaraq anlaya bilmirlər. Bu baxımdan, Azərbaycanın dövlət sərhədlərində möhkəmlənməklə bağlı tədbirlərinə bəzən müqavimət göstərməyə çalışırlar. Azərbaycan əsgərləri isə onlara yerlərini göstərərək vurub sərhədlərimizdən kənara atırlar. Erməni hərbçilərin sərhəd xəttimizdən uzaqlaşdırılması zamanı çəkilmiş bu videoda hərbçimizin erməni əsgəri ilə komik dialoqu diqqət çəkib. "Mübarizlər" qrupu tərəfindən yayılmış videonu təqdim edirik: /Turkustan.az