QARABAĞDA YARALANAN erməni əsgərlərin SAYI 4-ə ÇATDI
Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb. Axar.az xəbər verir ki, yaralı əsgər Müdafiə Nazirliyinin İrəvandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb. Bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir. Qeyd edək ki, son üç gün ərzində Qarabağdan İrəvan hospitalına müxtəlif dərəcəli yaralar almış dörd erməni hərbçisi çatdırılıb.