"Gələcəkdə məhdud qapanmalara getməyə məcbur ola bilərik" - Emin Əmrullayev

"Distant və ya hibrid təhsil forması nazirliyin seçimi, istəyi deyil. Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və indiki vəziyyətdə bu qaçılmazdır: "Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik".






Fikirlər