Sumqayıtda PEYVƏND XAOSU; 2 doza vaksin vurduranın sənədi LƏĞV edildi – “Get, təzədən vurdur”

Sumqayıtda peyvənd xaosu: 2 doza vaksin vurduranın sənədi ləğv edildi – “Get, təzədən vurdur”

Sumqayıt sakininin kovid peyvəndi prosesi ilə bağlı başına ağlagəlməz hadisə gəlib.

Turkustan.az xəbər verir ki, tanınmış jurnalist bibisi oğlunun vaksin sənədini TƏBİB əsassız ləğv edib.

“Bibimin oğlu yerli şirkətlərdən birində işləyir. Birinci dozanı şirkətdəki həkim briqadası edib, ikincini Sumqayıt poliklinikasında. Bir ay keçəndən sonra, işdə yoxlayanda portalda ikinci doza görünməyib. Poliklinikaya gedib, həkim deyib ki, ikinci dozanı vuran belə soyadda həkimimimiz yoxdur. Dəliyə dönmüş bibioğlu təkrar TƏBİB -ə müraciət edib, TƏBİB də onun sertifikatını ləğv edib. Təklif edib, yenidən dozaları qəbul etsin. Havalanmış vəziyyətdə bağırıb ki, "sizin üçün laboratoriya siçanıyam mən?"

Qışqıranı susdururlar, amma bibioğlunun sertifikatı geri dönüb şükür, iki doza da yerində, sertifikat qüvvədədir”.   /medicina.az/

 






Fikirlər