“Azərbaycan“ nəşriyyatında YOXLAMA - Müşavir aydınlıq gətirdi

“Azərbaycan“ nəşriyyatında yoxlama - Müşavir aydınlıq gətirdi

 "Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün kadr islahatları labüddür".

 AzerTaym.az bildirir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı deyib.

O bildirib ki, islahatlar prosesi mexaniki olmayacaq:

"Yəni çalışmaq istəyən bacarıqlı əməkdaşların təcrübəsindən bəhrələnmək niyyətindəyik. Bu istiqamətdə addımlar yalnız imizin daha səmərəli aparılması naminə atılacaq.

"Azərbaycan" nəşriyyatının gələcəklə bağlı planları çoxşaxəlidir. Bura həm mətbu orqanlarla daha sıx əməkdaşlıq, onların nəşriyyatın binasında rahat fəaliyyət göstərməsinin təmin olunması, başqa sözlə nəşriyyatın əsl təyinatı üzrə fəaliyyət göstərməsi, həm də çap prosesinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, texniki təminatın yaxşılaşdırılması, yeni sifarişçilərin cəlb edilməsi daxildir".

Müşavir nəşriyyatda maliyyə yoxlamalarının aparılması iddialarını təkzib edib: "Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb".






Fikirlər