Eldar Mahmudovun ölüm xəbəri yayıldı və təkzib olundu - Ailəsindən açıqlama (Yenilənib)
Eldar Mahmudovun ölüm xəbəri yalandır. AzerTaym.az bildirir ki,bu barədə Musavat.com-a onun ailə üzvləri məlumat verib. Bildirilib ki, sabiq MTN rəhbərinin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil. O da qeyd edilib ki, Eldar Mahmudovun səhhətində heç bir problem yoxdur. *** Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib. "E-huquq.az" xəbər verir ki, E. Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.