Bu məktəbdə ÖZƏL QANUNLAR VAR – Müəllimə GİLEY EDİR...

“245 saylı məktəb təhsil qanunları ilə deyil məktəb direktoru Arzu Azadəliyevanın və direktor birinci müavini Raminə Əsgərovanın uyğun bildiyi qaydalarla idarə olunur.

Artıq bir necə gündür ki, işlədiyim 245 saylı məktəbdə mənim dərs prosesim pozulub. Səbəb isə 8 və 9-cu siniflərin biologiya kabinetində dərs keçməsinə qoyulan qadağadır”.DİA.AZ bildirir ki, bu barədə özünü sözügedən məktəbin müəlliməsi kimi təqdim edən Dilşad Nağıyeva “Təhsil Şikayətləri” qrupundakı paylaşımında qeyd edir.


Daha sonra narazı müəllimə yazır: “Bu qadağanı məktəbin direktoru “votsap” səhifəsində paylaşdığı təlimatla qoymuş, direktor müavini Raminə Əsgərova isə can-başla yerinə yetirir. Kabinetdən kənarda, dərsin keyfiyyəti aşağı düşdüyü üçün mən sinif otağında dərs keçməkdən imtina etdim. Bunula əlaqədar direktor müavini mənə qarşı hər gün akt tərtib edir və tabeçiliyində olan “ sözə baxan” müəllimlərə qol çəkdirir. Məktəb rəhbərliyində olan bu şəxslər hal-hazırdakı qanunvericiliyə əsasan müəyyən müsabiqələrdən keçərək vəzifəyə təyin olunublar. Görəsən onlar “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi” də göstərilən ümumtəhsil məktəblərində direktorun əmək funksiyalarından birinin də bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil etmək olduğunu bilirlərmi? Əgər bilirlərsə, bəlkə başları rüşvət yığmaqdan açılıb məktəbin təlim- tərbiyə məsələləri ilə məşğul olsunlar. Mənim kimi rüşvət verməyən müəllimlərdən “ qisas” almaq əvəzinə məktəbdə normal pedaqoji atmosfer yaratsınlar. Əlimdə məktəb rəhbərliyinin rüşvət almaları, məktəbdə çox ciddi malyyə pozuntularına yol verdikləri barədə tutarlı faktlar var. Təhsil Nazirliyi sözdə yox, işdə rüşvətxorluqla mübarizə aparmaq istəyirsə bu faktları onlarla paylaşmağa hazıram. Nəzərinizə çatdırım ki, həmin Raminə Əsgərova və məktəbin direktoru məktəbdə pul yığma kompaniyası təşkil etdiklərinə görə keçən il şiddətli töhmətini almışlar. Lakin vəzifəli qardaşına arxayınlaşan direktor müavini nəfsinə sahib çıxa bilmir”.






Fikirlər