12 yaşlı Nuray üçün 500 min manat toplandı – VİDEO

 

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Əmirli Nuray Zəka qızının əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.

“Qafqazinfo” xəbər verir ki, bu gün veriliş zamanı Nurayın əməliyyatı üçün 500 min AZN toplandığı açıqlanıb.

Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən Nuraya ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi.

Canlı efir zamanı kampaniya çərçivəsində yığılan əlavə vəsaitin xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün istifadə ediləcəyi bildirilib.

 






Fikirlər