Tovuzda Şəhid Anasını incidən KİMDİR? - Prezidentə müraciət olundu...

Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Nəzərinizə çatdırıram ki, 8 ay ərzində yazmış olduğum 1500-dən artıq ərizəmə aidiyyatı orqanlardan heç bir müsbət cavab almamışam. Nəhayətdə ailəliklə vətəndaşlıqdan imtina üçün xarici ölkə səfirliklərinə müraciət etmişik və bir neçə xarici ölkənin prezidentlərinə müracət edərək bildirmişəm ki, mənim ailəmdə Sizin ölkənizin kənd təsərrüfatına çox böyük töhfələr verə biləcək mütəxəssis olduğunu nəzərə alıb bizi öz ölkənizə qəbul edəsiniz.
Onu da qeyd edim ki,Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı, Vahabzadə familiyasının kölgəsində gizlənən(bütün ictimaiyyətin bildiyinə görə bu şəxsin görkəmli şairimiz Vahabzadəyə heç bir aidiyyəti yoxdur) Rəşad Vahabzadə 04.05.2022-ci il tarixli məktubla yenə də həm bizi, həm də dövlət orqanlarını aldatmağa çalışır.Həmin məktubu da ərizəmə əlavə edirəm. Belə ki, ştat cədvəli üzrə Tovuz Regional Mərkəzində nə Tovuz rayonu üzrə baş aqronom statı, nə də ümumiyyətlə bu mərkəzdə vakant baş aqronom vəzifəsi yoxdur. Savadsız və rüşvətxor Rəşad Vahabzadə yüz minlərlə dövlət vəsaitini saxta yollarla mənimsəyərək harınlaşıb.Yazmış olduğum faktlar Respublika prokurorluğu tərəfindən araşdırılmadı, çünki Rəşad onları rüşvətlə ələ alıb.Qeyri-ixtisas sahibi,son dərəcə savadsız, guya ki,neft mühəndisi olan Rəşadın bu vəzifədə işləməsi əslində qanunçuluğun pozulmasıdır.Bu cür savadsız, qabiliyyətsiz,vətənə xəyanət edən,ölkədə qəsdən ərzaq qıtlığına şərait yaradaraq 5-ci kalona xidmət edən və Vahabzadə soyadının gölgəsində XUMARLANAN Rəşadın bu vəzifədə işləməsi qanunsuzdur.Cinayətkar,ixtisasca neft mühəndisi olan Rəşad Vahabzadə ölkədə qeyri-neft sektorunun inkişafına böyük zərbələr vuraraq,maxinasiyalar edib və yüz minlərlə vəsaiti qeyri-qanuni yollarla, şirkət adı altında mənimsəyib və bununla da ölkə iqtisqdiyyatına və kənd təsərrüfatına çox ciddi ziyan vurub. Eyni zamanda peşəkar mütəxəssislər bu sahədən uzaqlaşdırılır ki, bu da bu sahəni məhvə məkum edir və bu da məhz 5-ci kalonun siyasətidir və bu siyasəti də Rəşad kimiləri həyata keçirir.Rəşad Vahabzadə qəsdlə peşəkarları bu sahədən uzaqlaşdırır, sonra isə rayonlarda savadsız və qeyri-peşəkarlara təlimlər təşkil etdirir ki, burada da əlavə dövlət vəsaiti xərclənir. Amma yüzlərlə peşəkarlar bu gün kənara atılıb. Mən yuxarıda qeyd etdiklərim barədə xarici kanallar vasitəsilə cənab prezidentə məlumat verəcəyəm.
Çoxsaylı müraciətlərimdə də qeyd etdiyim kimi Rəşad dövlətin və cənab prezidentin siyasətinə qarşı çıxaraq, oğlumun yerinə savadsız,təcrübəsiz, həmin vəzifəyə uyğun iş stajı olmayan,yaş etibarı ilə vətən müharibəsində iştirak etməli olsa da, müharibədə iştirak etməyən bir şəxsi təyin edib.Eyni zamanda burada Korrupsiyaya Qarşı Mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.Belə ki,həmin şəxsin 2-nəfər yaxın qohumu da qeyd olunan təşkilatda onun tabeçiliyində məsul vəzifədə işləyir.
Rəşad Vahabzadənin cinayət əməlləri barədə Baş prokurorluğa və Media qurumlarına etdiyimiz müraciətlər araşdırılmır,çünki uzun illərdir ki,Rəşad Vahabzadə ölkənin var dövlətini talayaraq harınlaşıb.
Çox təəccüblüdür ki,ölkənin Kənd Təsərrüfatına ağır zərbələr vuran,şəhid və Qarabağ veteranı ailəsindən 25000 manat rüşvət tələb edən, həmin rüşvəti vermədiyinə görə onu işdən azad edən harın məmuru dəstəkləyən yüksək çinli dövlət məmurları var. Ona görə də biz ailəliklə şəhid ailəsi statusundan, Qarabağ müharibəsi veteranı statusundan və ölkə vətəndaşlığından imtina edirik, qoy bu ölkəni harın Rəşad Vahabzadələr ermənidən qorusunlar. Çünki Rəşad Vahabzadə oğluma bildirib ki, Paşinyana müraciət edin,Ermənistan vətəndaşlığını qəbul edin...
Cənab prezident! Saxta məktublarla ölkə rəhbərliyini, qanunverici orqanı aldadan Rəşad Vahabzadə haqqında çox ciddi tədbir görməyin vaxtı çatıb. Bir daha bildirirəm ki, son nəfəsimədək bu haqlı mübarizəmi aparacağam və hətta Avropa səviyyəsində haqqımızın bərpa olunmasına çalışacağam".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...






Fikirlər