Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş - FOTOLAR...
Dünən günorta saatlarında Şəmkirdə yanan ikimərtəbəli evin keçmiş deputat Sona Əliyevaya məxsus olması üzə çıxıb. AzerTaym.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, yanan ev vətəndaş Süleymanov Fuad Taptıq oğlunun adına olsa da, S.Əliyevaya məxsusdur. Belə ki, F.Süleymanov eks-deputatın qayınatasıdır. Qeyd edək ki, yanğın ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib. Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.