Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini LƏĞV etdi...
“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən elan edilmiş kotirovka sorğuları ləğv edilib.
"AzerTaym.az" bildirir ki, “Ölkə.Az”ın məlumatına görə, sorğular İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyinə əsasən ləğv edilib.
Qeyd edək ki, sözügedən kotirovka sorğuları AZAL tərəfindən 11 ay ərzində bir sıra internet saytlarında reklamın yerləşdirilməsi xidmətinin satınalınması məqsədilə www.etender.gov.az internet saytında 31.03.2022-ci il tarixində elan edilmişdi.