11 saylı cəzaçəkmə müəssisəsində ACLIQ AKSİYASI... - ETİRAZ VAR!
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsində cəza çəkən, ikinci qrup əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir:
"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həqiqi xəstəliyi olan kimsəsiz, şikəst, birinci Qarabağ döyüşlərində iştirak edən, həm şəhid, həm də qazi ailəsindən olan məhkumlar hal hazırda özlərini intihar etməkdən başqa heç bir çarə tapa bilmirlər. Çünki Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun göstərişi əsasında forma 88 komissiyasından keçirilmirlər. Səbəb isə müəyyənləşdirilmis məbləğdə rüşvətin ödənilməməsidi. Bu rusvətləri müalicə müəssisəsində ödəyə bilən məhkumlar dərhal komissiyadan keçirirlər və əlillik ala bilmələri üçün sənədləri Dövlət Dibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. El arasında belə bir misal vardı: "damara baxıb qan alırlar".
Təssüflər olsun ki rüşvət faktları Nizami rayon Prokurorluğunda araşdırılmır. Həyatdan küsmüş məhkumlar indi isə daha şərəfsiz xalq düşməni olan bir dövlət qurumu ilə üz-üzə qalırlar. Millətimin düşməni olan Sahil Babayev və onun gizlin sevgilisinin rüşvətxor anası, hansı ki, birinci qrup əlillikləri 5 (beş) min manat müqabilində təstiq edən komissiyanın idarə heyətinin sədr müavini Mətanət Məmmədova. Bu, rüşvətxor xanımın göstərişi ilə məhkumların əlillikləri təsdiq edilmir. Hansılarki SPİD xəstələri, ağır ürək xəstələri və polineropatiya kimi ağır xəstəliklərdir. Kimsəsiz hüquqları yalnız Konstitusiya üzərində yazılmışdır. Çarəsiz məhkumlar isə bu şəxslərin ailələrinə və özlərinə lənət oxumaqla kifayətlənmək məcburiyyətində qalırlar. Çunki biz məhkumların hüquqlarıni qoruyacaq nə bir "Ombudsman", nə də bir dövlət qurumu yoxdur, əgər belə bir qurum, belə şərəfli bir məmur varsa, bilsin ki, mən 26 iyul saat 6:00 dan aclıq aksiyasına start verirəm. Niyyetim ya hüquqlarımın bərpa edilməsi, ya da ölməklə son tapacaqdır".
P.S.İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.