Bakı Şəhər İcra Hakimiyyəti su basan ərazidə təmizlik işləri aparır - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti su basan ərazidə təmizlik işləri aparır

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları dərhal əraziyə gəlib və hazırda ərazidə təmizlik işləri aparılır.

“AzerTaym.az" bildirir ki, hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.

 



 






Fikirlər