“Azərişıq” Zəfər Günü ilə bağlı görüşlər keçirdi - FOTOLAR

“Azərişıq” Zəfər Günü ilə bağlı görüşlər keçirdi

Azərişıq” ASC-nin rəhbərliyi Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilərlə görüşlər keçirib.

 "AzerTaym.az" bildirir ki, Vətən müharibəsindən sonra “Azərişıq” ASC-nin qarşıya qoyuduğu ən əsas vəzifələrdən biri şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsidir.

Zəfər Günü ilə bağlı “Azərişıq” ASC-nin əməkdaşları olmuş 6 şəhidin ailəsi ziyarət olunub. 

Həmçinin Vətən müharibəsində yaralanmış “Azərişıq” əməkdaşları ilə görüş keçirilib. 

Tədbirdə qazilər diplom və mükfatalarla təltif ediliblər. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində “Azərişıq” ASC-nin 300-dək əməkdaşı iştirak edib. Onlardan 6 nəfəri şəhid olub, 32 nəfər isə yaralanıb.

 



 






Fikirlər