Zakir Qaralovun qohumu işdən çıxarıldı ...
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
"AzerTaym.az" APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı təsdiqləyib.
Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır.