Oqtay Şirəliyevin oğlu vəzifəsindən istefa verdi (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu "Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin aprel ayında "Azərsığorta"nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən də getməli olub. O, öz istəyi ilə işdən azad edilib.
Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə "Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ABB-dəki vəzifəsindən də istefa vermişdi.