Elçin Əlibəyli: “Şirkətlər və onların trolları hər cür iyrəncliyə əl atdılar”
Aparıcı Elçin Əlibəylinin növbəti statusu diqqət çəkib. OLAY yazır ki, feysbukda “Elin gözü” verilişindən fraqment paylaşan Əlibəyli bu sözləri bildirib: “Ciddi təzyiqlərə baxmayaraq verilişin növbəti buraxılışını da hazırlaya bildik. Çörək, toyuq, taksi və əmlak mövzuları qısa müddətdə gündəm oldu. Mediada müzakirə edildi və dövlət qurumları işə qarışdı. Şirkətlər və onların trolları, jurnalist “dostları” hər cür iyrəncliyə əl atdılar. Tezliklə hər mətləbi biləcəksiniz”.