"Bakı Metropoliteni" tender qaydalarını pozdu: 222 minlik müqavilə KİMƏ VERİLDİ?!

 Bakı Metropoliteni"ndə yoxlamalar: Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı, son xeberler

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender qaydalarını pozub.
"AzerTaym.az" qaynarinfo-ya istinadən məlumat verir ki, "Bakı Metropoliteni" QSC "Bakı Metropoliteni” QSC-nin "Yaşıl” və "Qırmızı” xəttlərinin stansiya və tunellərindəki ventilyasiya şaxtaları üçün səsboğucuların satınalınması ilə bağlı tendərə yekun vurub.
Tenderin qalibi "VK Group Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Tərəflər yanvarın 27-də 222.427.81 manatlıq sözləşmə imzalayıb.
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Məsələ burasındadır ki, müsabiqənin qalibinin 68.239.83 manat vergi borcu var. Bu isə qanun pozuntusu deməkdir. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakı pozuntu halı sayılır.
Qeyd edək ki, "VK Group Constructıon” MMC-nin qanuni təmsilçisi Vüsal Kərimov Şamil oğludur.
 






Fikirlər