Bakının su təchizatı sisteminin yenidən qurulması Ümummilli Liderin adı ilə bağlıdır

 Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və kostyum şəkili ola bilər

Yanvarın 23-də “Azərsu” ASC-nin Elmi-Tədqiqat İnstitutunun akt zalında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçiriləcək Spartakiadanın təntənəli açılış mərasimi olub. Tədbiri giriş sözü ilə “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov açıb. Geniş məruzə ilə ASC-nin sədr müavini İlqar Tağıyev çıxış edib. 

Giriş nitqində və məruzədə bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan  olmasının 100 illik yubileyi münasibətilə, ölkəmizin hər yerində olduğu kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində böyük hazırlıq işləri gedir. Çox sayda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə ASC-nin nəzdində yubiley Komissiyası yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin, məqalələrin, xüsusi bülletenin və kataloqun hazırlanması, media nümayəndələrinin Sutəmizləyici Qurğular Kompleksinə səfəri, spartakiada tipli yarışların, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisi və poeziya gecəsinin keçirilməsi planlaşdırılıb.

Danılmaz həqiqətdir ki, müasir Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu əhəmiyyətli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə siyasi sabitliyin qorunması, müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün oldu. İçməli və tullantı su sistemlərinin yaradılması və inkişaf etdirilməsi Ulu Öndərin diqqət və həssaslıqla yanaşdığı məsələlərdən idi. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatının ödənilməsi məqsədilə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sistemi yaradılıb. Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Bakı şəhərinə böyük həcmdə içməli suyun daxil olmasının vacibliyini nəzərə alınaraq  Ümummilli Liderin göstərişi əsasında “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanıb. Bu layihə çərçivəsində Hövsan Aerasiya Stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib. Respublikanın rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yaradılıb.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu sahədə yeni inkişaf mərhələsi başlayıb. Ümummilli Liderin səyi nəticəsində yaranmış siyasi sabitliyi nəzərə alan Dünya Bankı keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq Azərbaycana “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli kredit ayırıb.

Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına  səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də Ümummilli Lider Heydər Əliyev olub. Ulu Öndərin Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə tapşırıq və tövsiyələri su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin regionlarda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.

Bu gün Spartakiada tipli yarışların başlanması ilə yubiley tədbirlərinə start veririk. Çoxminli su təsərrüfatı işçiləri istehsalatla yanaşı, idmana da maraq göstərir. Müxtəlif idman növləri keçirilən növbəti Spartakiadada Cəmiyyətin aparatında və tabeli qurumlarında çalışan 388 nəfər əməkdaşımız iştirak edəcək. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda qalib gələn əməkdaşlarımız  diplom, medal və kuboklarla təltif olunacaqlar.

Sizin hər birinizə yarışlarda uğurlar arzulayır və əmin olmaq istəyirəm ki, istehsalat sahələrində olduğu kimi, idman turnirlərində də əməkdaşlarımız əzmkarlıq nümayiş etdirəcəklər.

"AzerTaym.az

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, şahmat və içəridə şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.






Fikirlər