Qarabağ münaqişəsi həll ediləndən sonra nəzərdən keçirilən məsələlər arasında azərbaycanlılarla ermənilərin birgə yaşaması da var. Rəsmi Bakının mövqeyi budur ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və bizim bayrağımız altında yaşamaq istəyənlər həyatlarını burada davam etdirə bilərlər.
Heç kimə sirr deyil ki, Azərbaycanda minlərlə erməni yaşayır. Onlar Bakı, Sumqayıt, Gəncə və digər rayonlarda həyatlarını təhlükəsiz və maneəsiz davam edirlər.
Təəssüf ki, eyni sözləri Ermənistana aid etmək mümkün deyil. Ermənistanın köklü sakinləri azərbaycanlılar olsa da bu gün həmin ölkədə nə bir azərbaycanlı yaşayır, nə də tarixi abidə qorunub saxlanıb.
Əslən erməni olan Elmira Arşakovna və Raya Sumbatovna Azərbaycanda yaşayan 30 min ermənidən yalnız ikisidir. Onlar Bakıda doğulub və azərbaycanlılarla ailə həyatı qurublar.
Elmira Arşakovna Həsənova İTV-yə bildirib ki, uzun illər Azərbaycanda yaşadığı müddətdə heç bir təzyiq və təqibə məruz qalmayıb və özünü çox xoşbəxt hiss edir.