“Qəbul imtahanları ləğv olunmalıdır” - Deputatdan sensasiyalı AÇIQLAMA...

DEPUTAT: Gömrük rüsumlarına edilən dəyişiklik geri çağırılsın

"Bu gün bizə əzbərçilər yox, innovasiyalı mütəxəssislər lazımdır".

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, ali təhsil müəssisələrinə qəbulla bağlı gündəmdən düşməyən mövzuya toxunub.

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ilə aid olan keçid ballarını açıqlayıb. Məlum olub ki, keçid balları əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bu tendensiya 3-cü qrupda özünü daha qabarıq şəkildə göstərib. Bu məqam  cəmiyyətin müəyyən dairələrində narazılıqlara səbəb olub.

Çoxlarının fikrincə, keçid balının bu qədər aşağı salınması "qabı boş" abituriyentlərə əla fürsət açır. "Açıqlanan ballar sovet meyarı ilə dərsdə "2" alan şagirdin ali məktəbə qəbul olunmasıdır", - deyə etiraz edənlər var. 

Öz növbəsində, R. Nurullayev qeyd edib ki, yüksək balla universitetə daxil olan, öz üzərində çalışan tələbə ilə az bal yığıb universitetə qəbul olan tələbə arasında böyük fərq var. Görünən budur ki, az bal yığan tələbə çalışqan deyil. Ona görə də bu da təhsilin keyfiyyətinində mütləq şəkildə özünü göstərir.

İstərdim ki, insanlarımız ali təhsil almağa diplom xatirinə qaçmasınlar. Artıq Azərbaycanda müəyyən peşə məktəbləri açılıb. İnsanın əsasən peşəyə sahiblənməsi lazımdır. İstər papaqçı ol, istər çəkməçi, kim olursan ol, keyfiyyətli ol. Əgər belə olarsa, həmin insana daha çox ehtiyac duyulacaq, nəinki diplomlu dırnaqarası mütəxəssisə.

Ona görə də gərək valideynlər də diplom xatirinə övladlarını ali təhsil almağa məcbur eləməsin. Əgər uşağın marağı hansısa peşəyədirsə, onun arxasınca getməyə icazə versinlər.

Orta məktəbdən abituriyentlərin yönü müəyyənləşdirilməlidir. Bu, 8-ci sinifdən başlamalıdır.

Az balla universitetə qəbul olub, onu xahiş-minnətlə bitirənlərə qarşıyam. Çünki onlar universiteti bitirəndə “ali təhsilliyəm, diplomum var, amma işsizəm” deyə qapıları döyürlər". 

Deputat əlavə edib ki, bal həddinin qoyulmasının səbəbləri gizli deyil:

"Məsələn, bir universitet ixtisasların birinə 200 nəfər toplamalıdır. Balı yuxarı həddə qoysa, yerlər dolmayacaq. Bu yanaşmanı qəbul etmirəm. çünki bununla keyfiyyəti yox, sayı artırırıq. Sayı artırmaq o deməkdir ki, bu insanlar sonra gedib kimisə bədbəxt edəcək.

Bəziləri isə aşağı balla ödənişli ixtisaslarda oxuyur. Bundan da universitetlər pul qazanırlar. Təhsil maliyyəyə qurban verilir.

Bu gün bizə əzbərçilər yox, innovasiyalı mütəxəssislər lazımdır. İmtahanlar isə əzbərçilikdir. Qəbul imtahanları ləğv olunmalıdır. Oxuya bilməyənlər isə bir müddətdən sonra ali təhsil müəssisələrindən çıxarılsın, heç kimə güzəşt olunmasın, o zaman kimin oxuyub-oxumadığı bəlli olacaq”. 






Fikirlər