Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasında at oynadan Günay Cavadova kimdir? - ŞİKAYƏT

Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasında at oynadan Günay Cavadova kimdir? ŞİKAYƏT

Vətəndaş Fərid Hüseynov redaksiyamıza şikayət müraciəti ünvanlayıb.

Şikayətdə bildirilir, Hörmətli media nümayəndələri, hörmətli səlahiyyətli şəxslər!
Media vasitəsi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2023 cü il gecə saatlarında övladım 4 yaşlı oğlum Cəlal Hüseynovu  nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırdıq.

Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi.

Lakin məcazi mənada desək konsert proqramı bundan sonra başladı

Dövlət binasında yanı, xəstəxananın inzibati binasında səs küylü vəziyyətdə hər kəsə kobud rəftar göstərən, subardinasiya qaydalarından kənara çıxan, ağ xalatlı hipokrat andı içən şəxs, kinli israrla bizə tərəf yaxınlaşır, ilk növbədə yaxınlaşan şəxsin əvvəl məndə Baş həkim olduğu görüntüsü yaratsada, sonradan məlum olur ki, səs-küy yaradan şəxs Baş həkim olmasada Baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadovadır.

Günay Cavadova övladımın xəstəxanaya qəbul edilməsinə qəti şəkildə süni maneə yaradaraq guya ki, övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasıdır və, mən bildirəndə ki, şəxsiyyət vəsiqəsinin əslınin şəkili mobil telefonumdadır gedib əslini gətirib dərhal sizə çatdıracam siz övladıma gecikmədən kömək etməklərini xahiş etdim.Lakin Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi.

Mən qəti şəkildə etirazımı bildirsəmdə hətta övladımın sənədinin təsdiqini sübut edəcək faktor göstərsəm də, affekt vəziyyət də olduğumuzu bildirsəm də, Günay Cavadova qərarında israrlı olduğunu göstərərək övladımı xəstəxanaya qəbul etməkdən imtina edərək,personala  nümayişkərcasına göstəriş verib uşaqın qəbuluna stop qoydu.

Mən dərhal olanları yerindəcə  yazılı izahatımda bildirərək  övladıma hər hansısa həyatı təhlükə yaranacaqı halda bir başa Günay Cavadovanın məsuliyyət daşıdığını qeyd etdim.






Fikirlər