Sumqayıtda sakinlər etiraz etdi: "Bunu bura kim göndərib?" (VİDEO)

Sumqayıtda yüksək gərginlikli elektrik dirəyinin yerinin dəyişdirilməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.
Şəhərin İnşaatçılar qəsəbəsi gecəqondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşayış evlərinin yaxınlığında yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırılır. Bu da sakinlər üçün təhlükə deməkdir.
Ad - 00:08
Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin iş icraçısı Rasim Ağamirov "Xəzər Xəbər"ə bildirib ki, onlar ərazidə işi tam qanunauyğun şəkildə icra edirlər:
"Ərazidə yaşayan sakinlər vaxtı ilə burada məskunlaşarkən Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin elektrik dirəkləri orada mövcud olub. Sakinlər ərazidə yaranmış problemlə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər”. *Qaynarinfo
Daha ətraflı süjetdə:

 








Fikirlər