“Xanımlara gözümlə işarə verirdim ki, yaxınlaşmasınlar” - VİDEO

“Xanımlara gözümlə işarə verirdim ki, yaxınlaşmasınlar” - Video

“Çox təəssüf olsun ki, Azərbaycan kinosu 1990-cı ildən çox zəifləyib. Çünki əvvəlki kimi yaradıcı heyət - bəstəkarlar, operatorlar, rejissorlar yoxdur”.

AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bus sözləri Xalq artisti Ənvər Həsənov ”Telesəhər” verilişinə müsahibəsində deyib.

Nəvələrinə filmlərdə canlandırdığı Murad, Cəlal, Sirac obrazlarının adlarını verən aktyor küçədə də insanların ona belə müraciət etdiklərini bildirib:

“Küçədə gedəndə mənə Murad da, Cəlal da deyirlər. Həyat yoldaşımla yolda gedirdim, xanımlar gəlib məni qucaqlayıb, öpürdülər. Buna görə məndən boşanmaq istəyirdi. Belə şeyi görmək olar? Gözümlə işarə verirdim ki, gəlməsinlər, yaxınlaşmasınlar. Amma məhəl qoymurdular. Yenə də məni öpüb, qucaqlayırdılar”.

Ətraflı süjetdə: 

 






Fikirlər