Müğənni Tacir: "Onun üstündə haqqım var, mən də halal eləmirəm" - QALMAQAL

“Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri, bəstəkar Murad Rzayevin müğənni Tacir Şahmalıoğlu barədə söylədiyi “Haqqımı ona halal eləmirəm” fikirləri cavabsız qalmayıb. 

Lent.az-a açıqlama verən T.Şahmalıoğlu bildirib ki, M.Rzayevin bu sözləri deməyə heç bir haqqı yoxdur: “O mənə elə deyirsə, mən də ona haqqımı halal eləmirəm. Çünki mənim onun üstündə çox haqqım var. Mənim hesabıma bütün dünyaya tanındı. “Qarabağ bülbülləri” ansamblı mənim hesabıma tanınıb. O ansambldan məndən başqa tanınan var?".

 Xalq artisti Aygün Bayramova və əməkdar artisti Teymur Əmrahın də eyni qrupdan çıxdığını xatırlatdıqdan sonra Tacir fikirlərinə əlavə edib: "Teymur Əmrah yox, Aygün Bayramova bizim dördlüyün içində gedirdi. Orada yalnız mənim oxuduğum qızıl fondda qalıb. Teymur Əmrah orada yoxdur. Teymur qızıl fondda nəylə qalıb? O , bu günə qədər nə oxuyub ki? Murad Rzayevə gəlincə, onun dedikləri hamısı yalandı”.

 T.Şahmalıoğlu daha sonra "Bayatı Şirazı" improvizasiya elədiyi iddiasına da cavab verib: “Bilsinlər ki, “Bayatı Şiraz” mənimdir. Mənim beynimə gəlib,  improvizasiya eləmişəm. Bunu eləmək Murad Rzayevin ağlına gələ bilməzdi". 

 Qeyd edək ki, M.Rzayev Kulis.az-a müsahibəsində T.Şahmalıoğlu barədə bu sözləri demişdi: “Zəng eləsəm, zəngimi açmayacaq. Açmağı cəhənnəm, haqqımı da danır. Bir dəfə demişdi ki, “Bayatı Şiraz”ı özüm belə oxumuşam. Axırı çıxdıq televiziyaya, sübut elədik ki, improvizasiya kimindir. Fonda da mənim adımla düşüb. Bütün dünya bilir bunu.  Bəli, onu məşhurlaşdıran mənim “Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu. Tarixə də mənim adımla düşüb. Bu ifa təkcə Taciri yox, “Qarabağ bülbülləri”ni də məşhurlaşdı”. 






Fikirlər