FÖVQƏLADƏ ümidlər - "KOMANDİR, səs gəlir"
Fövqəladə Hallar Nazirliyinin yaranmasından 18 il ötür. APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Nazirlik ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. APA TV qurumun fəaliyyəti barədə videomaterial hazırlayıb.