Əli Əsədovun Buzovnadakı “Visanka” mebel mərkəzi bağlanır

 

 

 

bitmap-img6

“MTN işi” Eldar Mahmudov komandasının üzvlərini bitirir…

 

Bakının Buzovna qəsəbəsindəki “Visanka” mebel mərkəzində yoxlamalara start verilib. 
Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, “MTN işi” çərçivəsində həyata keçirilən həbslər, sabiq nazir Eldar Mahmudovun komandasına məxsus şəxslərin məsuliyyətə cəlb edilməsi porsesi bir çox ticarət mərkəzi ilə yanaşı “Visanka” mebel mərkəzinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Prezident Administrasiuyasının əsas simalarından biri olan Əli Əsədova və Mahmudov komandasının üzvü hesab edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus olduğu iddia edilən obyektin təftişinə qərar verilib.
Təftiş əsnasında Hacı Eldəniz adlı iş adamı tərəfindən idarə edilən mebel mərkəzinin biznes fəaliyyətinin yoxlanılması ilə yanaşı, onun daha hansı dairələrə bağlılığı da araşdırılacaq.
Məlumat üçün qeyd edək ki, “Visanka” mebel mərkəzinin adı bundan öncə də bir sıra qalmaqallarda, eləcə də vəhabilərlə şübhəli əlaqələrdə hallandırılmış, zaman-zaman bu yolda ciddi iddialar səsləndirilmişdir. Hazırda mebel mərkəzinin bağlanması istiqamətində aparılan hazırlıq işləri “Visanka” mebel mərkəzi ilə bağlı irəli sürülən iddiaların heç də əsassız olmadığını təsdiqləyir. Çox güman ki, mebel mərkəzinin fəaliyyətinin təftişi bu günə qədər ictimaiyyətə bəlli olmayan daha bir sıra maraqlı məqamları ortaya çıxaracaq.
(Azərtaym.az)

 






Fikirlər