XALQ ARTİSTİ AĞADADAŞ AĞAYEV QADINI BALTA İLƏ VURDU - DİN açıqlama yaydı (Yenilənib)

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən “MedEra” hospitalının gözətçisiylə mübahisə edib.

Vəziyyəti pisləşən müğənni klinikadan evə yardım göndərilməsini istəsə də, gözətçi ona xəstəxanaya gəlməsini bildirib.

Bundan əsəbiləşən Ağayev eyvandan baltanı ona tərəf atıb. Lakin balta orada işləyən xadimə qadının ayağına dəyib.

Məsələ ilə bağlı "Bakupost.az" “Med”era” hospitalı ilə əlaqə saxlayıb.

Klinikadan gah məlumatlarının olmadıqlarını, gah da ümumiyyətlə orada belə bir hadisənin baş vermədiyini qeyd edərək, dəstəyi asıblar.

***

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub. Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Ağadadaş Ağayev özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanıı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.

"Bakupost.az" –ın verdiyi məlumata görə, hadisədə yaralanan şəxs "MedEra" hospitalının işçisi olub.

Belə ki, müğənninin halı pisləşdiyi üçün klinikadan evə yardım göndərilməsini istəyib. Lakin "MedEra"-nın gözətçisi ona klinikaya gəlməsini deyib.

Bu səbəbdən onlar arasında mübahisə yaranıb və əsəbiləşən A.Ağayev baltanı eyvandan gözətçiyə tərət atıb.

Balta orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət məkir.

***

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib.

AzerTaym.az bildirir ki, bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

"Report" isə xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama da yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.






Fikirlər