Nazir ağac əkdi - FOTOLAR
"AzerTaym.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki , aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qeyri-Hökumət Təşkilatları, ictimaiyyət və Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə 1000-nə yaxın nümayəndəsi iştirak edib. 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb, Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.