Bankların növbəti zamin fırıldağı: MÜTLƏQ İZLƏYİN!

Cəlilabad rayon sakini Feyzullayev Elşən 2010-cu ildə xalası oğlunun 7 min manatlıq kreditinə zamin durub.

Həmin kredit tam ödənilənə qədər heç bir problem yaşanmayıb. Bundan sonra xalasıoğlu zaminlik üçün yenə ona müraciət edib.

Amma o, banka getməyib və yeni müqavilə imzalamayıb. Buna rəğmən Bankdan ona məktub gəlib ki, xalasıoğlu pulu ödəyə bilmir,ona görə də zamin kimi məhz o ödəniş etməlidir.

Kreditin götürüldüyü bankdan "Xəzər Xəbər"ə verilən məlumata görə, həmin şəxs 10 il müddətinə zaminlik müqaviləsini imzalayıb. Bankdan əlavə ediblər ki, müqavilədə müəyyən məbləğ göstərilib, yəni krediti götürən şəxs 10 il müddətində həmin məbləğə qədər bir neçə dəfə kredit ala bilər. Zamin 10 illiyə imza atdığına görə onu hər dəfə kredit götürüləndə çağırmağa gərək yoxdur...

Ekspertlər isə bunun qanunvericiliyə uyğun olmadığını bildirirlər. Baxmaaraq ki, bəzi hallarda vətəndaşın zamin kimi yenidən müqavilə imzalamaması mümkündür...

Bu məsələ bir daha göstərir ki, zaminlik müqaviləsini, onun bütün şərtlərini diqqətlə oxumaq lazımdır. Belə vəziyyətlər rastlaşan vətəndaş isə bankı məhkəməyə verməlidir.






Fikirlər