Azərbaycanda iş adamlarının hay-küylü həbsi gözlənilir

Azərbaycanda iş adamlarının hay-küylü həbsi gözlənilir

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevdən sonra ona yaxın sahibkarlar da məsuliyyətə cəlb olunacaq. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, yaxın günlərdə həmin sahibkarlar barədə həbs qərarı veriləcək. 
Məlumata görə, Cahangir Hacıyevin indi həbsə alınması ona verilən sürənin başa çatması ilə bağlıdır. Bildirilir ki, "kredit qalmaqalı"nın ilk günlərində Cahangir Hacıyev özünə yaxın şəxslərin götürdüyü kreditin geri qaytarılması üçün möhlət istəyib. Bundan sonra Cahangir Hacıyevə yaxın sahibkarlar sərbəst buraxılıb. Bu sırada Metanol zavodunun direktoru Nizami Piriyev, Qlobus MMC-nin rəhbəri, keçmiş deputat Dünyanin Xəlilovun adını çəkmək olar. 
Lakin verilən möhlət bitsə də, Cahangir Hacıyev vədinə əməl etməyib. Bu baxımdan da həbs olunub. Bildirilir ki, bankirə yaxın sahibkarlarla yanaşı Beynəlxalq Bankdan kredit götürmüş iş adamlarının da məsuliyyətə cəlb olunmasıdır.
 
Qaynar.info






Fikirlər